Frankofoniya Universitet Təşkilatı müsabiqə elan edib
Frankofoniya Universitet Təşkilatı Plovdiv Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində Mərkəzi və Şərqi Avropa üzrə fransızdilli tələbələrin VIII regional ənənəvi gənclər festivalında iştirak üçün müsabiqə elan edir. Festival 1–5 iyul 2019-cu il tarixində Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq.
Frankofoniya Universitet təşkilatına üzv olan (Azərbaycan Dillər Universiteti də daxil olmaqla) universitetlərin fransız dilində danışan 18 – 30 yaş arası bütün tələbələri müsabiqədə iştirak edə bilərlər.
Festivalda iştirak etmək istəyən tələbələrin 8 mart 2019-cu il tarixinədək online qeydiyyatdan keçmələri mütləqdir.
Müsabiqənin şərtləri və qeydiyyatla bağlı digər ətraflı məlumatları əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: