XƏBƏRLƏR

Kafedra müdiri Mehriban Hüseynova: “Bu iftiraların, yalanların əleyhinəyik”

09 yanvar, 2019

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dosent Mehriban Hüseynova son zamanlar Azərbaycan Dillər Universiteti haqqında böhtan xarakterli yazılarla çıxış edənlərə etiraz edib. Onun fikirlərini təqdim edirik:

"ADU-nun Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının bütün əməkdaşları son zamanlar Azərbaycan Dillər Universiteti haqqında böhtanlı və qərəzli yazıları pisləyirlər. Bu yazıları yazanlar müəllim etikasından bixəbərdirlər. Universitetimizdə olan inkişafı qısqananlardır. Onların bu iftiralı yazılarını kollektiv olaraq pisləyirik.

Universitetimizin çox savadlı, intellektual səviyyəyə sahib alim və professorları var. Onlar hörmətli  rektorumuz akademik Kamal Abdullanın ətrafında sıx birləşib, müasir gənclərimizin savad və biliklər qazanmaları üçün yorulmadan çalışırlar.

Kafedramızın bütün əməkdaşları Vüsalə Ağabəylinin bu yazılarını atalar sözü ilə ifadə edirlər:  "Yalan ayaq tutar, yeriməz". Universitetimizdə çalışan, bütün ömrünü universitetə həsr etmiş, həyatını gənclərin bilik almalarına, doğma ölkəmizə ləyaqətli övlad kimi yetişməyə sərf etmiş pedaqoqlar bu yazının qərəzli olduğunu söyləyir və ona öz etirazlarını bildirirlər.

Tələbələr Kamal müəllim kimi gözəl rektor olmadığını və onunla fəxr etdiklərini deyirlər. Kafedramızın adından bu iftiraların, yalanların, qərəzli yazıların əleyhinə olduğumuzu bildiririk".

 İngilis dilinin leksikologiyası və üslubiyyatı  - 2 kafedrasının müdiri: dos. Hüseynova Mehriban