XƏBƏRLƏR

“Naməlum əsgərə məktub” adlı yazı müsabiqəsi keçirilib

03 yanvar, 2019

İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının təşkilatçılığı ilə Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Naməlum əsgərə məktub” mövzusunda yazı müsabiqəsi keçirilib. Müsabiqə kafedranın dosenti Məlahət Vəliyevanın təşəbbüsü ilə 2-ci kurs tələbələri arasında keçirilib.

Təntənəli təqdimat mərasimində  ölməz qəhrəmanımız Mübariz İbrahimovun həyatı və döyüş tarixçəsindən söhbət açılıb, vətənpərvərlik mövzusunda çıxışlar dinlənilib və müasir gəncliyimizin qürur mənbəyi olan qəhrəmanlarımızın xatirəsi hörmətlə anılıb.

Qaliblərə dos. Məlahət Vəliyeva şəxsi kitabxanasından kitablar hədiyyə edib, daha sonra İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban  Hüseynova tərəfindən sertifikatlar təqdim olunub.