XƏBƏRLƏR

Konfutsi İnstitutunda Yeni il bayramı qeyd olunub

28 dekabr, 2018

ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda institutun əməkdaşları və Dillər Universiteti tələbələrinin iştirakı ilə yeni il tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov 2018-ci ildə aparılan elm və tədris sahələrində inkişafının uğurlu olduğunu, həmçinin ADU və Çin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişləndiyini, Çin dili, tarixi və Çin mədəniyyəti, eləcə də Azərbaycan və Çin arasında siyasi və iqtisadi əməkdaşlıq sahəsində elmi tədqiqatlar, seminarların həyata keçirildiyini qeyd edib.

Abbasovhəmçinin Çinin qlobal iqtisadi lahiyəsi olan “Bir kəmər və bir yol” istiqamətində elmi araşdırmaların aparılması və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında çoxsahəli fəaliyyətinə həsr olunmuş “İlham Əliyev  - iki qədim xalqların müasir davamçısı” və ÇXR sədri Si Cinpinin “ Dövlət idarəçiliyi haqqında”  adlı kitabların nəşr olunmasını İnstitutun ən əhəmiyyətli fəaliyyətlərindən biri olduğunu vurğulayıb. Bayram ADU və Konfutsi İnstitutu tələblərinin Azərbaycan və Çin milli rəqsləri və mahnılarını ifa edərək rəngarəng bədii proqramla davam etdirilib. Proqrama ənənəvi və populyar müasir Çin mahnı və rəqslərinin ifası, milli alətlərdə xalq musiqiləri, “tay ji chuan” gimnastikası, Çin ənənəvi xalq oyunlarının və şən müsabiqələrinin keçirilməsi daxil olub.