XƏBƏRLƏR

Kitabxana əməkdaşlarının Yeni il təbriki

28 dekabr, 2018

Azərbaycan Dillər Universitetində çağlayan bir həyat var. Demək, burada ümid var. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər bizimlə olsun. Hər yeni il bir başqa gözəllikdir. 2019 yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Siz yaşadıqca, yaratdıqca Azərbaycan elmini və kitabxanamızı öz əsərlərinizlə zənginləşdirirsiniz. Kitabxanada sizin yaradıcılığınızla, uğurunuzla Yeni illərin küknarını (yolkasını) bəzəyək.

Dəyərli ADU ailəsi, hər birinizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə təbrik edirik.

Yeni iliniz mübarək !!!