Professor Anna Oldfild Kamal Abdullaya məktub ünvanlayıb – MƏTN
ABŞ-ın Costal Carolina Universitetinin professoru Anna Oldfild yazıçı Kamal Abdullaya məktub ünvanlayıb. Həmin məktubu təqdim edirik.
“Kamal Abdulla 2017-ci ilin noyabr ayında Azərbaycan Dillər Universitetində lütf edib, mənə vaxt ayıranda, onunla görüşümdən çox məmnun oldum.
Azərbaycan folklorunu araşdıran bir tədqiqatçı kimi tanınmış postmodernist yazıçı ilə onun Azərbaycan folkloru və romanı arasında əlaqələr barəsində fikirlərini bölüşmək mənim üçün xüsusilə xoş və maraqlı idi.
Azərbaycana gələn hər bir qonağa bu ölkəyə məxsus səxavətlə açılan çay süfrəsi kimi, cazibədar ideyaları və düşüncə tərzi ilə, eləcə də, Azərbaycan aşıqlarından tutmuş Umberto Ekoya qədər uzanan müxtəlif mövzulu söhbətlərlə yanaşı, mən öz sualıma cavabı “Yarımçıq əlyazma” romanında – folklor, “Kitabi-Dədə Qorqud” və çağdaş Azərbaycan bədii ədəbiyyatının danılmaz vəhdəti olan bir əsərdə tapdım. Üstəlik, roman özündə çoxsaylı freymlər daxilində Əlyazma arxivi, kitabxanaçı, şərqşünas, mətndaxili mətn (freym hekayə) və sirr ehtiva edir.
Freymlər nə qədər mübahisə (intriqa) yaratsa da, romanın ən maraqlı tərəfi “dördüncü divarın sındırılması” yoludur. Belə ki, orijinalda ideal olan obrazlar romanda öz qüsurları ilə daha realistik və təbii təsvir edilib. Baxtinin sözü ilə desək, “sona qədər açılmayan” obrazlardır.
Kamal Abdulla əlindəki bu romanla dastan üzərindəki tabunu sındıraraq indiki dövrün xüsusilə ehtiyacında olduğu yeni nəfəsi verir. Sonda isə mən Kamal Abdullanı yazıçı və alicənab bir insan kimi dəyərləndirirəm”.