XƏBƏRLƏR

Tələbələr üçün “İİV/QİÇS və onun profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib

27 dekabr, 2018

ADU-nun 3 saylı tədris binasında Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “İİV/QİÇS və onun profilaktikası” mövzusunda ADU-nun Təhsil fakültəsi tələbələrinin iştirak etdiyi növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, müəllimlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Günəş Cəfərova, kommunikasiya üzrə mütəxəssis Ceyhun Nəcəfov və digər əməkdaşları iştirak ediblər.

Sədaqət Musayeva tədbiri giriş sözü ilə açaraq universitetdə təhsil alan tələbələrin dövrümüzün sosial əhəmiyyətli xəstəliklərdən birinə çevrilən İİV-infeksiyasının yoluxma yollarını və ondan necə qorunmaq lazım olduğunu bilməyin zərurətindən danışıb. Sonra Respublika QİÇS-lə mübarizə mərkəzinin həkilmi Günəş Cəfərova və Ceyhun Nəcəfov çıxış edərək, tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbir ADU-nun 3 saylı tədris binasının foyesində təşkil olunmuş anonim müayinələr aksiyası ilə davam edib. Tələbələrin yüksək fəallığı ilə keçən aksiyada onlara maarifləndirici bukletlər də təqdim edilib.