XƏBƏRLƏR

ADU tələbəsi beynəlxalq yarışda iştirak edib

26 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan  tələbəsi Asya Məmmədli Malay dili üzrə Beynəlxalq Natiqlik Yarışmasında (Pidato Antarabangsa Bahasa Melayu) iştirak edib.

Tələbəmizin verdiyi məlumata görə, Malay dili üzrə Beynəlxalq Natiqlik Yarışı 2-10 dekabr tarixlərində Malayziyanın federal ərazisi olan Terengganuda keçirilib.

Baş Nazir Kuboku uğrunda Malay dili üzrə Beynəlxalq Natiqlik Yarışına dünyanın müxtəlif yerlərindən 50 nəfər iştirakçı qatılıb. Səfər çərçivəsində yarış iştirakçıları Malayziyanın görməli yerlərini ziyarət etmək şansı qazanıblar.