XƏBƏRLƏR

Tələbələrin qənimi...

25 dekabr, 2018

Son günlər Azərbaycan Dillər Universitetində təhsilin daha da inkişafına yönələn, tələbənin xeyrinə xidmət edən bir çox qərarlar bəzi “əməkdaşlar”ın narahatlığına səbəb olub. Onların irəli sürdüyü arqumentlərin əsassızlığı məhz tələbələrin sıxışdırılmasından zövq almalarının bariz nümunəsidir.

Sitat: 

“Fənn imtahanında fənni bilən müəllimin nəzarətçi təyin edilməsi və bu nəzarətçilərin tələbələrə kömək etməsinə xüsusi motivasiya edilməsi, fənn müəlliminin imtahan otağında otuzdurularaq tələbələrin suallarına cavab verməsinə məcbur edilməsi müəllimin şəxsiyyətinə təhqirdən başqa bir şey deyil. Hətta xarici dil imtahanında lüğətdən istifadəyə, proqrama baxılmasına icazə, proqramın 30 nəfərlik tələbələr arasında 2 saat növbəli şəkildə paylanması, tələbələrin proqramlardan mətnlərin köçürülməsi Kamal Abdullanın təhsildən bixəbər olduğunu təsdiqləyən faktların olmasından başqa bir şey deyil. Şəxsən mən imtahanda nəzarətə təyin olunanda baş verən rəzaləti görməyim müəllim qüruruma, şəxsiyyətimə çox toxunur. Müəllimlərin qorxaqcasına tələbələrin bitməyən suallarını 2 saat boyunca cavablandırması təhsil, tədris adına cinayətdir”.

Bunu deyən kim ola bilər? Çox fikirləşməyək, tələbələrin qənimi - ADU-nun Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Mürsəlova Pərvin Akif qızı...

Çox uzağa getməyək, heç iki il deyil ki, universitet əməkdaşlarından bəzilərinin tələbələrə qarşı sərt mövqeyi Azərbaycan Dillər Universitetinin tələbələrinin kütləvi etirazına səbəb olmuşdu. Tələbələri Ulu Öndər Heydər Əliyevin əmanəti kimi qəbul edən Kamal Abdulla hər zamankı kimi tələbəyönümlü qərarları ilə ADU-dakı tələbə-müəllim münasibətlərini bərpa etməyə çalışır.

Əziz tələbələr, siz deyin, cinayət bunun hansıdır?! Münasibətləri bərpa etməyə çalışmaq, yoxsa əvvəlki vəziyyətə qaytarmaq?!