XƏBƏRLƏR

"Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib

21 dekabr, 2018

Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və baş müəllim Sədaqət Musayevanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib.  Tədbir Səhiyyə Nazirliyinin nəzdində olan İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə 2 saylı tədris korpusunda təhsil fakültəsinin III kurs tələbələri üçün təşkil olunub.

 Tədbiri giriş sözü ilə kafedra müdiri dos.S.X.Zamanova açaraq, kafedranın bu səpgidə keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib, baş müəllim Sədaqət Musayevanın bu sahədə apardığı işləri təqdirə layiq hesab edib.

 Tədbirdə mövzu ətrafında prezentasiya keçirilib, tələbələrin sualları aydınlaşdırılıb, onlara bukletlər paylanılıb.