Dillər Universitetində Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib
20 dekabr, 2018

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin Çin dilini öyrənmək, heroqlifləri düzgün yazmaq üçün motivasiyasını artırmaqdır. Diktant Çində olduğu kimi eyni formatda da keçirilib: Konfutsi İnstitutunun müəllimlərinin ana dilində oxuduqları sözlərin heroqlifləri yarışmaçılar bir dəqiqədə düzgün şəkildə göstərməlidirlər.









