ADU-da “BEAUMARCHAİS-nin (Bomarşe) bədii gecəsi” adlı təqdimat keçirilib
17 dekabr, 2018

Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzinin və Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülşən Bağırovanın təşkilatçılığı ilə “BEAUMARCHAİS-nin (Bomarşe) bədii gecəsi” adlı tədbir keçirilib.
Universitetin 233 və 337-ci qrup tələbələrinin iştirakı ilə keçən tədbir Məleykə Uruflu və Gülnur Səlimovanın ifasında səslənən “Love Story” mahnısı ilə başlayıb.
Tələbələr tərəfindən Pierre-Augustin Caron de Beaumarchais-nin həyat və yaradıcılığı haqqında məlumat verilərək video-təqdimat göstərilib. Ardınca Bomarşenin məşhur əsəri olan “Mariage de Figaro” pyesi səhnələşdirilib.
Tədbir Tamilla Fərəczadə və Nurlana Hüseynovanın ifasında səslənən “Je veux” mahnısı ilə yekunlaşıb.









