XƏBƏRLƏR

Təhsil fakültəsi ulu öndər Heydər Əliyevin anım gününü qeyd edib

11 dekabr, 2018

Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin 304A qrup tələbələri İngilis dilinin leksikologiyası və üslubiyyatı 2 kafedrasının baş müəllimi Gülşən Məhərrəmovanın rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin anım gününü qeyd edib.

Tədbirdə ulu öndərimizin həyatı barədə ingilis və Azərbaycan dillərində geniş məlumatlar verilib. Azərbaycanın daxili və xarici siyasətində qazandıqları uğurlar, etdiyi dəyişikliklər, gördüyü tədbirlər xüsusi vurğulanıb. Heydər Əliyevin ordu quruculuğu, Azərbaycan dili, elm, təhsil, mədəniyyət, multikulturalizm və eyni zamanda gənclərə olan diqqəti və bu sahədə gördükləri işlər haqqında da məlumat verilib.

Tədbirdə ulu öndərin gənclərə miras kimi qoyub getdiyi kəlamları tələbələr tərəfindən səsləndirilib və ümumi həyatını əks etdirən videoçarxlar nümayiş olunub.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət, müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər bu gün ölkə başçısı cənab  İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir.

Tədbirdə rektorun köməkçisi Anar Osmanlı, Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov, Təhsil fakültəsinin III kurslar üzrə dekan müavinləri, İngilis dilinin leksikologiyası və üslubiyyatı 2 kafedrasının əməkdaşları, digər kafedra müdirləri və tələbələr iştirak ediblər.