XƏBƏRLƏR

Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə təlim keçirilib

11 dekabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Amerikanın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva universitetin doktorantları və gənc tədqiqatçılarına “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlim keçib.

Təlimin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarət olub.

Həmin treninqin elektron versiyasını doktorant və gənc tədqiqatçıların faydalanması üçün təqdim edirik: Endir