XƏBƏRLƏR

ADU-da “Azərbaycan Kinosu Günləri” keçirilir

10 dekabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu Günləri” keçirilir. 

“Azərbaycan Kinosu Günləri” çərçivəsində universitetdə “Batalyon”, “Xəlvətdə qalmış müdrik”,“Tarın sədaları. Mansurovlar” filmləri nümayiş olunub. 

Növbəti günlərdə isə “Cümhuriyyətin tələbələri”, “Parisdən məktublar” və „Sirli bənövşə“ adlı filmlər nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədi ilə keçirilir.