XƏBƏRLƏR

Dil və Tərcümə Xidmətləri Mərkəzi təqdimat keçirib

10 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi Xəzər Universitetinin Sumqayıt şəhərindəki Dünya Məktəbində öz fəaliyyəti haqqında təqdimat keçirib.

Təqdimatı giriş sözü ilə açan Dünya Məktəbinin direktoru Hüzurə Ağayeva Dil və Tərcümə Xidmətləri mərkəzi haqqında tələbələrə ümumi məlumat verib.

Daha sonra sözü gedən təqdimatda Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor müavini Elçin Hüseynov Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə müəllim və şagirdlərə geniş məlumat verib.

 Sonda müəllim və şagirdləri maraqlandıran suallara cavab verilib.