XƏBƏRLƏR

Təlimdə innovasiyalar kafedrasının təşkilatçılığı ilə professor-müəllim heyətinə təlim keçirilib

06 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimi Türkan Abbasova ADU-nun professor-müəllim heyətinə “Professional Teacher Development through Online Courses” adlı təlim keçib.

Təlimdə Təhsil fakültəsinin Xarici dillərin tədrisi metodikası, İngilis dilinin fonetikası, İngilis dilinin leksikologiyası və üslubiyyat 2 və Linqvokulturologiya kafedralarının müəllim və işçi heyəti iştirak edib.

Təlimdə dünyanın aparıcı universitet və təşkilatlarının təqdim etdiyi onlayn kurs və vebinar platformaları haqda məlumat verilib. Bu kurslara Oxford University Press Webinars, MacMillan Education Webinars, Open2Study, Coursera, GEC (Global Education Conference), Pearson ELT Webinars və digərləri aiddir. Eyni zamanda, adıçəkilən kurslara qeydiyyat haqda da məlumat verilib.

Sonda iştirakçılar müasir müəllimin keyfiyyət və bacarıqları ilə bağlı ideyaları rəngli yarpaqlar üzərinə yazaraq Teachers’ Target Tree adlı posterə əlavə ediblər.