Frankofoniya Universitet təşkilatının tələbələr üçün müsabiqəsi – ŞƏRTLƏR

"Prix Jeunes Écritures"
Frankofoniya Universitet təşkilatı və RFİ (Radio France Internationale) beynəlxalq radiosu ilə birgə əməkdaşlıq çərçivəsində dekabrın 3-dən etibarən "Prix des jeunes écritures (Gənc Yazarlar mükafatı) adlı müsabiqə elan edir.
Frankofoniya Universitet təşkilatına üzv olan (Azərbaycan Dillər Universiteti də daxil olmaqla) fransızdilli universitetlərin 18-29 yaş arası bütün tələbələri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin şərtlərinə görə:
- bütün iştirakçılar maximum 15000 sözdən ibarət (ara məsafələr daxil olmaqla) öz qısa hekayələrini yaratmalıdırlar;
- hər bir iştirakçının yalnız bir bədii hekayə ilə müsabiqədə iştirak etmək hüququ var;
- hər bir iştirakçının hekayəsi aşağıda qeyd edilən başlıq altında başlamalıdır:
"Toute histoire commence un jour, quelque part" - "hər hekayə bir gün hardasa başlayır".
- İştirakçıların bədii hekayələri 13 yanvar 2019-cu il tarixinə kimi www.short-edition.com saytında yerləşdirilməlidir və bütün iştirakçıların online qeydiyyatdan keçmələri mütləqdir;
- Müsabiqə 2 mərhələdən ibarət olacaq və laureatlar 20 mart 2019 tarixində Beynəlxalq Frankofoniya Günləri münasibəti ilə təşkil olunmuş tədbirdə elan olunacaq;
- Ən nəhayət, müsabiqədə qalib gələn laureatlar Parisə bir həftəlik mədəni və bədii təcrübələrlə dolu səyahət qazanacaq.
Müsabiqədə iştirak, qeydiyyatla bağlı digər ətraflı məlumatlar əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur: