XƏBƏRLƏR

ADU-nun məzununun orijinaldan tərcüməsi işıq üzü görüb

03 dekabr, 2018

 Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə İtalyan dili üzrə məzunu Fidan Ələsgərovanın müasir İtaliya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan, İtaliyanın ən nüfuzlu “Strega” və “Campiello Opera Prima” ədəbiyyat mükafatlarını almış Paolo Giordanonun “Sadə ədədlərin tənhalığı” əsərini orijinaldan Azərbaycan dilinə tərcümə edib və kitab “Qanun” nəşriyyatında yenicə işıq üzü görüb.

 Əsər tənhalığa, sevgiyə və uşaqlıqda yaşananların ağırlığına dair müstəsna bir hekayədir. 25 yaşlı yazıçı riyazi-sentimental, emosional şəkildə hesablanmış, ürək ağrıdan bir kitab ərsəyə gətirmişdir ki, burada arifmetika və ədəbiyyat iki qəhrəmanın – Aliçe və Mattianın hekayəsində bir-birinə qarışır. Bu əsər təkcə İtaliyada deyil, bütün dünyada böyük maraqla qarşılanıb və dünyanın 50-ə yaxın dilinə tərcümə edilərək beynəlxalq bestseller olub.