XƏBƏRLƏR

33 il əvvəl Microsoft Windows 1.0. təqdim edilib - Tarixdə bu gün 

20 noyabr, 2018
  “Tarixdə bu gün” rubrikası Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi Ramilə Yusifovanın təqdimatında   20 noyabr:

1910 - Böyük rus yazıçısı Lev Tolstoy ölüb.

1928 — Rusiyanın məşhur aktyoru Aleksey Batalov anadan olub.

1945 — Tanınmış türk müğənnisi Emel Sayın anadan olub.

1967 — Populyar türk rok musiqiçisi Teoman anadan olub.

1612 — Osmanlı-Səfəvi müharibəsi müvəqqəti də olsa dayandırıldı və Mərənd sülhü (Nasuh Paşa andlaşması) bağlandı.

1917 — Ukrayna Respublikası elan edildi.

1922 — Lozanna Konfransı işə başlayıb.

1943 — İstanbul Texniki Universiteti açılıb.

1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürenberq prosesi" başlayıb. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.

1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilib.

1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul edib.

1962 — Karib böhranı tam olaraq başa çatıb.

1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılıb.

1979 — Xəstələrə ilk dəfə süni qan köçürülüb.

1985 — Microsoft Windows 1.0. təqdim edilib.

1990 — Sovet seriya qatili, manyak Andrey Çikatilo həbs edilib.

1991 — Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan Mİ-8 vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulub. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşüb.

1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatıb. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb.

2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olub, 450-dən çox insan yaralanıb.