XƏBƏRLƏR

ADU-da “Nələr keçdi?” adlı tədbir keçirilib

16 noyabr, 2018

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə “Nələr keçdi?” adlı tədbir keçirilib.

Tədbirdə tələbələr qələmə aldıqları və Azərbaycanın dahi şairlərinin müəllifi olduğu şeir parçalarını səsləndirib, musiqi nömrələri ilə çıxış ediblər.

Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin səsləndirdiyi “Darıxıram” şeiri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev tədbirin təşkili, eyni zamanda tələbələrin fəal iştirakına görə Yazarlar Klubunun üzvlərinə təşəkkürünü bildirib.