XƏBƏRLƏR

Təcrübədən əvvəl təcrübə layihəsi başlayıb

15 noyabr, 2018

Təcrübədən əvvəl təcrübə layihəsi 2017-2018 ci tədris ilindən etibarən istehsalat və Kütləvi İnformasiya Vasitələri arasında əlaqələrin daha sıx qurulması,  2, 3, 4–cü kurs tələbələrinin praktik biliklər əldə etməsi məqsədilə həyata keçirilir. İlk öncə Filologiya və jurnalistika  fakültəsini tələbələrinə şamil olsa da , cari tədris ilindən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbələri də bu layihəyə cəlb olunub.

Dərsdənkənar, könüllük prinsipinə və ixtisas uyğunluğuna əsaslanan bu layihədə Filologiya və jurnalistika  fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan 22 tələbəsi öz seçimləri əsasında Asan Radio, “525-ci qəzet”, “Kaspi” qəzeti və universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin tərkibində fəaliyyət göstərən ADU TV-də təcrübə keçirlər.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsində 119 tələbə "Şəms" tərcümə mərkəzi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Dövlət Gömrük Komitəsi, Ceta Translations,  Global Translations, Avrasiya Tərcümə Mərkəzi, xarici mütəxəssislərin çalışdığı Bona Dea xəstəxanası və universitetin Tərcümə araşdırmaları elmi- tədqiqat laboratoriyasında istehsalat təcrübəsinə başlayıb.

Təcrübədən əvvəl təcrübə layihəsi iyun ayının 1-dək davam edəcək. Təcrübəçi tələbələr universitet və təşkilat tərəfindən tərtib olunmuş proqram əsasında fəaliyyət göstərirlər.

Tələbələr üçün bu layihə onların gələcək karyeralarında təməl rolunu oynamaqla yanaşı, ictimai həyata və səmərəli əmək həyat fəaliyyətinə hazırlıqlarına da öz təsirini göstərir.

Qeyd etmək lazımdır ki, tələbələr həm də təcrübə keçdikləri təşkilatlarda iş əldə etmək qazanırlar.