Meksikalı aktyorlar ADU-nun tələbələri ilə görüşüb
08 noyabr, 2018
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə ADU-nun İspan dili mərkəzi arasındakı əməkdaşlığa əsasən Meksikadan Azərbaycana gələn aktyor heyəti universitetimizin ispan dili üzrə təhsil alan Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi, Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Meksikanın ölkəmizdəki fövqəladə və səlayihətli səfiri Xuan Rodrigo Labardinin də iştirakı ilə keçirilən tədbirdə ispan dilində musiqi ilə müşayiət olunan qədim meksika ənənələri tələbələrə nümayiş olunub.