XƏBƏRLƏR

Oslo Universitetinin müəllimi tələbələrlə görüşüb

05 noyabr, 2018

Oslo Universitetinin Beynəlxalq Yay Məktəbi və ADU arasında 2016-2019-cu illəri əhatə edən əməkdaşlıq layihəsi çərçivəsində mühazirəçi müəllim Gunnar Olsen Azərbaycan Dillər Universitetində olub.

Gunnar Olsen Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinə Norveç dilini tədris edib, Beynəlxalq Yay Məktəbinin Norveç dili kurslarından və orada istifadə olunan çalışmaların strukturundan bəhs edib. Həmçinin tələbələrin norveç dili ilə bağlı sualları mühazirəçi müəllim tərəfindən cavablandırılıb.