Frankofoniya mərkəzində “Fransada təhsilin əhəmiyyəti və tələbə həyatı” mövzusunda təqdimat olub
31 oktyabr, 2018
Azərbaycan Dillər Universitetinin Frankofoniya Universitet mərkəzində Universitetlərarası əməkdaşlıq çərçivəsində Starsburq və Azərbaycan Dillər Universitetinin məzunu, hal-hazırda Bakı Slavyan Universitetinin müəllimi olan Sevda Məmmədovanın iştirakı ilə “Fransada təhsilin əhəmiyyəti və tələbə həyatı” mövzusunda təqdimat formatında dəyirmi masa təşkil olunub.
Sevda Məmmədova Fransada təhsilin əsas mərhələlərindən, onun üstünlüklərindən bəhs edib və eyni zamanda tələbələrlə birgə Strasburq Universitetinə “kiçik səyahət” edərək öz məsləhətlərini və təəssüratlarını onlarla bölüşüb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin II, III və IV kurs fransızdilli tələbələri iştirak ediblər. Tədbir iştirakçıların böyük marağına səbəb olub.