XƏBƏRLƏR

Hindi dili və mədəniyyəti mərkəzində Vallabhai Patelə həsr olunan tədbir keçirilib

30 oktyabr, 2018

Hindi dili və mədəniyyəti mərkəzində Hindistanın milli konqresinin rəhbəri, hüquqşünas və dövlət xadimi olan Vallabhai Patelin ildönümü ilə bağlı seminar keçirilib. Seminarda Hindistanşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Rəşid Nağıyev mühazirə ilə çıxış edib.

Mühazirədə Vallabhai Patelin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Vallabhai Patel Hindistanın qurucu atası idi. O, ölkənin müstəqillik uğrunda mübarizəsində əsas rol oynayıb. Britaniya müstəmləkə vilayətlərini yeni müstəqil dövlətə uğurla inteqrasiya edərək birləşmiş Hindistan yaradıb.

Vallabhai Patel müstəqil ölkədə milli inteqrsiyaya sadiq qaldığına görə  “Hindistanın dəmir adamı” adını qazanıb.

Seminarda Vallabhai Patelin həyatı haqqında qısa film nümayiş olunub.

Seminarın sonunda  Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva mühazirə haqqında  öz fikrini bildirib.