XƏBƏRLƏR

ADU-da “Fransada ali təhsil” adlı təqdimat keçirilib

23 oktyabr, 2018

Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Fransada ali təhsil” adlı təqdimat keçirilib.

Fransız dili ixtisası üzrə təhsil alan tələbələr üçün keçirilən təqdimatda Fransanın Azərbaycandakı səfirliyinin Universitetlərarası işlər üzrə məsul şəxsi, Kampus Frans (Campus France) Agentliyinin nümayəndəsi Raab Morin “Campus France” və  “France alumni” (məzun şəbəkəsi) haqqında tələbələrə məlumat verib. O, həmçinin Fransada təhsil almağın üstünlüklərindən, təqaüdlərdən, müxtəlif ixtisaslardan, peşə təcrübəsindən və dil sertifikatlarından bəhs edib.

Fransa ali təhsilində daha çox praktik dərslər keçirildiyini bildirən R.Morin burada ingiliscə təhsil (Taught in english) almağın mümkün olduğunu da bildirib.

Ardınca çıxış edən Azərbaycanda Fransız İnstitutunun (İFA) nümayəndəsi Leyla Əliyeva İFA-da təşkil olunan dil kursları, film gecələri haqqında məlumat verib. Bundan başqa kitabxananın da tezliklə yeni strukturda fəaliyyətə davam edəcəyini sözlərinə əlavə edib.

İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb