XƏBƏRLƏR

Beynəlxalq konfransın ilk xarici qonağı Bakıdadır

22 oktyabr, 2018

Azərbaycan Dillər Universitetində keçiriləcək “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III  Beynəlxalq konfransda iştirak etmək üçün Böyük  Britaniya, Almanya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qonaqlar gəlməkdədir. Konfrans çərçivəsində universitemizin ilk qonağı Çexiya Respublikasının Palosko Universitetinin italyan dili müəllimi Marko Petoliççiodur. Qonağı Böyük Britaniya ixtisası üzrə təhsil alan R 238-ci qrupun könüllü tələbələri  qarşılayıb və Bakı şəhərinin görməli yerləri ilə tanış ediblər.

Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Maro Petoliççionun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbələri ilə görüşü baş tutub. İtalyan qonağı Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dos. Aynur Quliyeva qarşılayıb və onun italyan dili tərcüməsi ixtisası üzrə təhsil alan 368 və 147-ci qrupların dərslərində iştirakını təmin edib. Dərslər ADU-nun italyan dili mərkəzində keçirilib və Marko Petoliççio buradakı təlim və tədris materialları ilə yaxından tanış olub. İtalyan qonaq ADU-nun müəllimləri italyan dilinin tədrisi ilə bağlı fikir mübadilələri aparıb və onlar bir-birlərinin pedaqoji təcrübəsindən yararlanıb. ADU-nun tələbələrinin hazırlıq səviyyəsindən məmnun qalan Marko Petoliççio oktyabr ayının 27-nə kimi italyan dili dərslərində iştirak etmək və onlarla danışıq klubları təşkil etmək niyyətində olduğunu qeyd edib.