XƏBƏRLƏR

“Erməni dilinin qrammatikası” kitabı işıq üzü görüb

19 oktyabr, 2018

Azərbaycan Dillər Uiversiteti (ADU) Elmi Şurasının 30 iyun 2017-ci il tarixli iclasının qərarı ilə (pr. №10) “Erməni dilinin qrammatikası” adlı dərslik çapdan çıxıb.

Kitab erməni dilinin qrammatik quruluşu, fonetikası, morfologiyası və sintaksis bəhsini əhatə edir. Dərslik dili öyrənənlər üçün nəzərdə tutulub.

Kitabın müəllifi ADU-nun Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov, redaktoru Kayseri Erciyes Universitetinin Ədəbiyyat fakültəsi Erməni dili və ədəbiyyatı kafedrasının müəllimi professor Qafar Çaxmaqlı, rəyçilər isə ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, ADU-nun İngilis dili fonetikası kafedrasının müəllimi dosent Əmir Cəfərov, ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasının professoru Məhərrəm Hüseynov və AMEA-nın professoru İsmayıl Məmmədovdur.

Dərsliyin ön sözünün müəllifi isə Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalovdur.