XƏBƏRLƏR

ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda konfrans keçiriləcək 

19 oktyabr, 2018

“Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfransının proqramı

Yüklə

25-26 oktyabr 2018-ci il Azərbaycan Dillər Universitetində“Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III  Beynəlxalq konfrans keçiriləcək. Konfrasın işi beş bölmə üzrə aparılacaq

  1. I Eksperimental və müqayisəli dilçilik;
  2. Sosiolinqvistikanın nəzəri və praktik məsələləri;
  3. Xarici dillərin tədrisinə dair müasir yanaşmalar;
  4. Tərcüməşünaslığın aktual problemləri;
  5. Mətnin linqvosemiotik problemləri.

 Böyük  Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar , eləcə də ADU-dan və respublikanın digər universitetlərdən konfransa qatılan  akademik heyət konfrans çərçivəsində Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsiylə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı əldə edəcəklər.

                                               Redaksiya heyəti:

Sədr: akad. Kamal Abdullayev

Müavin: prof. Fəxrəddin Veysəlli                                                  Üzvlər:

  1. prof. Maykl Bayram                  Durham Universiteti, Böyük Britaniya
  2. prof. Anne Brisse                     Ottava Universiteti, Kanada
  3. prof. Barbara Levandovski        Konin Dövlət Tətbiqi Elmlər Universiteti, Polşa
  4. prof. David Qotseridze             Tbilisi Dövlət Universiteti, Gürcüstan
  5. prof. Elçin Həşimov                  Moskva Şəhər Pedaqoji Universiteti, Rusiya
  6. prof. Gülnar Hüseynzadə          Azərbaycan Dillər Universiteti, Azərbaycan
  7. prof. Dilarə İsmayılova             Azərbaycan Dillər Universiteti, Azərbaycan
  8. prof. Məsməxanım Qazıyeva     Azərbaycan Dillər Universiteti, Azərbaycan
  9. prof. Azad Məmmədov             Azərbaycan Dillər Universiteti, Azərbaycan
  10. prof. Həbib Zərbəliyev            Azərbaycan Dillər Universiteti, Azərbaycan
  11. prof. Mikayıl Cəfərov              Bakı Dövlət Universiteti, Azərbaycan
  12. dos. Fialə Abdullayeva           Azərbaycan Dillər Universiteti, Azərbaycan
  13. dos. Ülfət İbrahim                 Azərbaycan Dillər Universiteti, Azərbaycan