XƏBƏRLƏR

Fakültə dekanı I kurs tələbələri ilə görüşüb

11 oktyabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli 2018-2019-cu tədris ilində rəhbərlik etdiyi fakültəyə qəbul olan I kurs tələbələri ilə görüşüb.

Açılış nitqi ilə çıxış edən V.Ağabəyli tələbələrə təbriklərini ünvanlayıb və görüşün əsas məqsədlərindən söz açıb. O, fakültə üzrə universitetə qəbul olan 175 nəfər tələbədən 73 nəfərin 500 baldan, 42 nəfərin isə 600 baldan yuxarı nəticə göstərdiyini vurğulayıb və bunu sevindirici hal kimi xarakterizə edib. Fakültə dekanı daha sonra Bolonya sistemi, kredit anlayışı, tələbə təqaüdləri haqqında geniş məlumat verib. O, tələbələrə universitet həyatına, nizam-intizam qaydalarına yiyələndiklərini xatırladaraq onları daha da məsuliyyətli olmağa səsləyib.

Daha sona çıxış edən Tədris işləri üzrə dekan müavinləri Səbinə Əliyeva, Əfsanə Cəfərova və I kurslar üzrə tyutor İnci Əlizadə tələbələrə təqaüdün formaları, gələcəyin müəllim təqaüdü, qayıb limiti, akademik borclar haqqında məlumat veriblər.

ADU-nun Müəllim Həmkarlar İttifaqı komitəsininin sədri Misgər Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi görüşdə çıxış edən Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva THİK-in fəaliyyəti haqqında, təşkilat daxilində görülən işlər barədə tələbələrə geniş məlumat verib.

Daha sonra ATİAHİ RK-nın sədr müavini Mirzə Cəfərzadə ATİAHİ-nin tələbələr üçün nəzərdə tutduğu adlı təqaüd haqqında və həmçinin gənclərin uğurlu inkişafı üçün keçirilən bir sıra tədbirlər barədə danışıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb