"Səbrini, sevgisini, qayğısını əsirgəməyən müəllim"
"Səbrini, sevgisini, qayğısını əsərgəməyən müəllim"
Azərbaycan Dillər Universitetinin tələbələri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərini özünəməxsus şəkildə təbrik ediblər. Dərs başlamazdan əvvəl universitet rektorunun, prorektorların, dekan və kafedra müdirlərinin, sinif otaqlarının qapısına kiçik kağızlarda ürək sözlərini yazan tələbələr müəllimlərinə yüksək dəyər verib, onlara minnətdar olublar. Tələbələrin bu yaradıcı təşəbbüsü, təəssübkeş münasibəti Azərbaycan Dillər Universitetinin kollektivi tərəfindən xoş ovqatla, böyük sevgi ilə qarşılanıb. Həmin təbrikləri təqdim edirik.
Qeyd edək ki, bu gün Azərbaycanda müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Azərbaycan müəllimlərini təbrik edirik!