“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi–praktik konfrans keçiriləcək
03 oktyabr, 2019
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika
elmi–praktik konfransı
5-6 dekabr 2019-cu il tarixində Azərbaycan Dillər Universiteti “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi–praktik konfransı keçirəcəkdir. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:- Müasir dövrdə xarici dil təliminin problem və perspektivləri
- Xarici dillərin tədrisində İKT və innovativ metodlar
- Xarici dillərin tədrisində linqvokulturoloji amillər
- Xarici dillərin tədrisinin linqvistik aspektləri
- Xarici dillərin tədrisinin pedaqoji və psixoloji problemləri
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
- tezislərin həcmi – 300-350 söz, format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- ədəbiyyata istinadlar əgər varsa aşağıdakı şəkildə olmalıdır: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
- tezislər elektron və ya kağız variantda təqdim olunmalıdır;
- 8 noyabrdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.
- Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.
QEYDİYYAT VƏRƏQİ
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfrans
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı | |
Təmsil etdiyi müəssisə, şəhər | |
Telefon nömrəsi, elektron ünvan |