XƏBƏRLƏR

ADU-nun rektoru birinci kurs magistrantlarla görüşüb

03 oktyabr, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla universitetin I kurs magistrantları ilə görüşüb.

Kamal Abdulla magistrantları ilk dərs illəri münasibətilə təbrik edib, onlara uğurlar arzu edib. Rektor  talelərini ADU ilə bağlayan şəxslərin seçimlərində yanılmayacağına inandığını söyləyib. 

Görüşdə prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova magistrantları təbrik edib, onlara müvəffəqiyyətlər arzu ediblər. Prorektorlar rəhbərlik etdikləri istiqamət üzrə universitetin perspektivləri haqqında məlumat veriblər.

Sonda magistrantların sualları cavablandırılıb.