XƏBƏRLƏR

ADU-nun müəllimi rəsmi səfər çərçivəsində tərcüməçi kimi iştirak edib

03 oktyabr, 2018

Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin Xarici dillər kafedrasının baş müəllimi Kəmalə Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri çərçivəsində sinxron və ardıcıl tərcüməçi kimi iştirak edib.

Kəmalə Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən dəvət olunub. O, həmçinin 2018-ci ildə İtaliya Prezidentinin Azərbaycana səfərinə, 2016-cı ildə İtaliya- Azərbaycan hökumətlərarası komissiyanın iclasına tərcüməçi qismində qatılıb.

Qeyd edək ki, Kəmalə Əliyeva indiyədək dövlət səviyyəli bir çox tədbirlərdə tərcüməçi kimi iştirak edib.