XƏBƏRLƏR

ADU-nun əməkdaşı beynəlxalq konfransda iştirak edib

03 oktyabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov universitetin maliyyə dəstəyi ilə Norveçin Şien şəhərində keçirilən 14-cü “Henrik İbsen və cəmiyyətdə güc” adlı beynəlxalq konfransda iştirak edib. Konfrans dahi norveçli mütəffəkir Henrik İbsenin doğum günü ilə əlaqədar Norveç Xarici İşlər Nazirliyi və Oslo Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Dünyanın 34 ölkəsindən 100-ə yaxın araşdırmaçı-alimin iştirak etdiyi konfransda A.Rəhimov “Henrik İbsenin Kukla evi və Hedda Qabler əsərlərində qadın gücü və Azərbaycan ədəbiyyatında güclü qadın obrazları” adlı məruzə ilə çıxış edib.

Konfrans öz işini əsasən ədəbiyyatda tərcümə problemləri, H.İbsenin əsərlərində qadın-kişi bərabərliyi və onun dühasının dünya ölkələrində müxtəlifyönümlü qəbulu istiqamətində qurulub.