XƏBƏRLƏR

Mahatma Qandinin 150 illik yubileyinə həsr olunan seminar keçirilib

02 oktyabr, 2018

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetində Mahatma Qandinin 150 illik yubileyi ilə əlaqədar Hindi dili və mədəniyyəti mərkəzinin müdiri  Saidə Mirzəyeva maarifləndirici seminar təşkil edib.

Seminarda Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli “Hindistan – müstəmləkədən müstəqilliyə gedən yol” mövzusunda məruzə ilə çıxış edib. O, tələbələrə Vasko da Qamanın Hindistana ilk səyahəti və bu səyahətin acı nəticələri -  Hindistanın əsarət buxovuna düşdüyü dövrdən etibarən öz müstəqilliyini əldə etdiyi dövrədək ətraflı məlumat verib.

Seminarda Hindi dili və mədəniyyəti mərkəzinin hindi dili müəlliməsi Rupali Sinha mövzu ilə bağlı fikirlərini bölüşüb.

Çıxışlardan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.