‟İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı təlim keçirilib
Təhsil fakültəsinin Psixologiya kafedrasının baş müəllimləri Könül Babayeva və Sevinc Əmirovanın təşkilatçılığı ilə ‟İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı təlim keçirilib. Təlimə kafedranın müəllimi Nübar Əhmədova aparıcılıq edib.
113a qrup tələbəsi Abasova Arzu, 114b qrup tələbələri Əhmədova Sarıtel və Məmmədova Aytəkinin iştirakı ilə ‟İmtahanda kəsilən tələbə və valideyn görüşü” adlı səhnəciklə başlayan təlim daha sonra Psixologiya kafedrasının baş müəllimi Babayeva Könülün ‟Stressin insan həyatına təsiri” adlı mühazirəsi ilə davam edib.
Kafedranın baş müəllimi Fərhatlı Satibə imtahan stressi, onun əlamətləri və aradan qaldırılması yollarından biri olan koqnitiv texnika haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.
114b qrup tələbəsi Daşdəmirli Röya imtahana hazırlaşan tələbə rolunu canlandırıb və səhnəciyin davamı kimi kafedranın baş müəllimi Əmirova Sevinc ‟İmtahana hazırlığın effektiv yolları” adlı təqdimatı nümayiş etdirib. Daha sonra təlim maraqlı bir mövzu ətrafında davam edib. Kafedranın baş müəllimi Zeynalova Heyran dünya ölkələri arasında elm sahəsində yüksək nailiyyətlər əldə etmiş, eyni zamanda stresslə mübarizədə öz fərqli üsulları ilə diqqəti cəlb edən ölkələrdən biri olan Yaponiyada tələbələrin imtahan stressindən azad olması yolları haqqında məlumat verib.
Təhsil fakütəsinin nəzdində Psixologiya kafedrasının müdiri p.f.d Babayeva Şəlalə tədbir iştirakçıları ilə birlikdə imtahan anında özünü ələ almağın yollarından birini maraqlı bir eksperiment şəklində təqdim edib.
Sonda isə 114a qrup tələbəsi Mehtili Alzaman bir çox tələbələrimizin imtahan stressini aşmaq üçün istifadə etdiyi üsullardan biri olan ‟dua”nı səhnələşdirib.