XƏBƏRLƏR

ADU-da “Balaca şahzadə” alleqorik hekayəsi səhnələşdirilib

21 dekabr, 2018

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “XX əsr fransız ədəbiyyatı” (XDTM) fənnini tədris edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Yaqut Qurbanovanın rəhbərliyi ilə Filologiya və jurnalistika fakültəsinin 440-cı qrup tələbələrinin fərdi işlərinin təqdimatı keçirilib.

Tələbə Turan Hüseynovanın rejissorluğu ilə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri “Balaca şahzadə” alleqorik hekayəsi tələbələrin ifasında səhnələşdirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla istedadlı tələbələrin olmasından şad olduğunu bildirib. Gənc yaşlarında “Balaca şahzadə” hekayəsini oxuduğunu deyən rektor əsərdən çox təsirləndiyini söyləyib. Rektor K.Abdulla tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bu kimi əsərlərə tez-tez müraciət olunmasını tövsiyə edib.