XƏBƏRLƏR

ADU-da “Bakıdakı İndoneziya gənclər və tələbələr birliyi” üzvləri üçün mühazirə

09 fevral, 2018
Fevralın 9-da Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Bakıdakı İndoneziya gənclər və tələbələr birliyi” üzvləri üçün Azərbaycan tarixinə həsr olunan məruzə oxunub. ADU-nun Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova məruzəsində Azərbaycanın müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri olan Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah məbədi  ilə yanaşı qayaüstü təsvirlər, düşərgələr, yaşayış məskəni və qəbir abidələri barədə ətraflı məlumat verib. H.Abbasova  Azərbaycanın ərazisi, zəngin təbiətindən bəhs edib və burada Paleolit dövründən etibarən məskunlaşmanın olduğunu bildirərək Azıx mağarasından tapılan Azıxantrop və Qobustan petroqlifləri, eyni zamanda tarixən Azərbaycanda mövcud olan bir sıra feodal dövlətlər haqqında çıxış edib. Qeyd edək ki, məruzə iştirakçılarına Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx  nümayiş olunub.