XƏBƏRLƏR

ADU-da fransız dilində şeir müsabiqəsi keçirilib

02 aprel, 2018
Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının, Fransa Məlumat Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutunun dəstəyi ilə şeir müsabiqəsi keçirilib. Universitetin fransız dili ixtisası üzrə təhsil alan tələbələri “A celle que j'aime”, “Allegories”, “L'invitation au voyage” və digər şeirlər oxuyublar. Münsiflər heyətinin qərarı ilə Təhsil fakültəsinin III kurs tələbəsi Məryəm Həmidova I yerə, II kurs tələbəsi Lalə Rüstəmli II yerə, III kurs tələbəsi Günel Məmmədova III yerə layiq görülüb. Qalib tələbələr Fransız İnstitutuna pulsuz üzvlük haqqı əldə edib, sertifikat və hədiyyələrlə təltif olunub.