XƏBƏRLƏR

ADU-da Xocalı faciəsinə həsr edilən növbəti tədbir keçirilib

27 fevral, 2018

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir. Fevralın 27-də keçirilən növbəti tədbirdə faciənin gerçəkliklərini əks etdirən videomateriallar təqdim edilib və universitet tələbələrinin təqdimatında Xocalı faciəsini canlandıran səhnəcik nümayiş olunub. Tədbirdə həmçinin faciə ilə bağlı şeirlər və milli vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov səhnəciyin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Gənc nəslin unutqan olmadığını, xalqımızın ağrılı-acılı günlərini hər zaman xatırladığını qeyd edən S. Hüseynov bugünkü səhnəcikdə iştirak edən tələbələrin də bu işə öz töhfəsini verdiyini deyib.