XƏBƏRLƏR

ADU-da “Dünya tarixində soyqırımlar: Holokost və Xocalı nümunələri” adlı seminar keçirilib

23 fevral, 2018

Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında “Dünya tarixində soyqırımlar: Holokost və Xocalı nümunələri” adlı seminar keçirilib.

Laboratoriya müdiri İrina Kunina Beynəlxalq Münasibətlər və Britaniyaşünaslıq ixtisası üzrə təhsil alan II kurs rus bölməsinin tələbələrinə bu iki qanlı soyqırımdan, onların tarixindən, səbəb və nəticələrindən danışıb. Təqdimatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklər və amansız qətllər yada salınıb, eləcə də 1939-1945-ci illərdə yəhudilərə qarşı faşist Almaniyası tərəfindən yönəldilmiş sistemli qətliamlardan söz açılıb. Seminarın sonunda İ.Kunina mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıb.