XƏBƏRLƏR

ADU-da Xocalı soyqırımına həsr olunan bədii tədbir keçirilib

23 fevral, 2018
Fevralın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil və Tərcümə və mədəniyyətşünaslıq fakültələrinin birgə təşkilatçılığı əsasında Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə “Ürəyində arzu tut” pyesi əsasında tamaşa nümayiş olunub. Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əks edilib. Tamaşadan sonra vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, müəllimlər və tələbələr universitetin foyesində qanlı hadisəni əks etdirən materiallar və tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov səhnələşdirilən tamaşanın peşəkar səhnə əsəri olduğunu diqqətə çatdırıb və qeyd edib ki, hər kəs tərəfindən rəğbətlə qarşılanan bu əsər tələbələrin ifasında yüksək səviyyədə tamaşaya qoyulub. O, sonda tədbirin təşkilinə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirib və iştirakçı tələbələrə rektor adından təşəkkür elan olunacağını diqqətə çatdırıb.