XƏBƏRLƏR

ADU-nun SABAH qrupunun tələbələri Xocalı soyqırımına həsr olunan nümunəvi dərs keçirib

22 fevral, 2018
Fevralın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımına həsr olunan nümunəvi dərs keçirilib. Universitetin German dillərinin tərcüməsi nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Təranə Məmmədovanın tədris etdiyi “Ardıcıl tərcümə və qeyd götürmə texnikası” dərsində SABAH qrupunun Tərcümə ixtisası üzrə təhsil alan 301 (4) qrup tələbələri  ingilis və rus dillərində Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında çıxışlar ediblər. Tələbələr Xocalıda xüsusi amansızlıqla törədilən vəhşiliklər, bu soyqırımının dünya ölkələri tərəfindən tanınmasında dövlətimizin rolu barədə bəhs edən slayd təqdim edərək Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, etnik təmizləmə siyasəti və bu qanlı faciə ilə bağlı dərc olunan məqalələr haqqında məlumat veriblər.