XƏBƏRLƏR

“Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi” mövzusunda dəyirmi masa keçirilib

02 may, 2018

Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Təlimdə innovasiyalar kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə akademik yazı nümunələrində düzgün istinad qaydaları, istinad etmənin vacibli, istinad ederkən yaranan çətinliklər və onların aradan qaldırılması yollarından danışılıb. Tədbirdə  çalışmalar, sorğu-sual xarakterli tapşırıqlar müzakirə edilib.