XƏBƏRLƏR

Nərimanov rayonu 304 saylı məktəb-liseydə “Azərbaycanda multikultiralizm” mövzusunda dəyirmi masa keçirilib

26 aprel, 2018

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti, metodist Tofiq Quliyevin təşkilatçılığı ilə Nərimanov rayonu 304 saylı məktəb-liseydə “Azərbaycanda multikultiralizm” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə ADU-nun İkinci xarici dil kafedrasının müəllimi metodist Yazgül Abbasova, Xarici dilin metodikası kafedrasının müəllimi, metodist Jalə Salmanova, Təhsil fakültəsinin liseydə pedaqoji təcrübə keçən IV kurs tələbələri, məktəb-liseyin direktoru İradə Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, tarix müəllimi Sevda Adıgözəlzadə, coğrafiya müəllimi Aygün Quliyeva və liseyin IV sinif şagirdləri iştirak ediblər.

Tədbirdə kitabla bağlı müzakirələr aparılıb.