XƏBƏRLƏR

Fransız müəllim ADU-da olub

11 may, 2018

2-11 may tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Fransa  Məlumat Mərkəzinin təşkilatçılığı ilə Erasmus+ proqramı çərçivəsində Montpelliye Universitetinin müəllimi Marie-Pierre Tournaire tərəfindən silsilə dərslər təşkil olunub.

Dərslər Mari-Pyer Turner ilə yanaşı ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının və Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimləri ilə birgə aparılır.

Kontekstual qrammatika, öyrənilən əsas dil, orta fransız dili və fransız ədəbiyyatı fənləri üzrə təşkil olunan dərslər tələbələr tərəfindən maraqla qarşılanır.