XƏBƏRLƏR

İtaliyalı professor ADU tələbələri ilə görüşüb

11 may, 2018

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bağlanış mərasiminə dəvət olunan İtaliyanın Kassino və Cənubi Latsio Universitetinin professoru, politoloq Alessandro Fiqus mayın 8-də ADU-nun İtalyan mərkəzində Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin tələbələri ilə görüş keçirib.

Görüşdə qonaq Azərbaycan-İtaliya arasındakı siyasi və mədəni əlaqələrdən söhbət açıb. Professor ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verildiyini vurğulayaraq, Azərbaycanın dünyada tolerant ölkə kimi nümunə göstərildiyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.