XƏBƏRLƏR

ADU-da “Animasiya – Yapon mədəniyyətinin elementi kimi” adlı tədbir keçirilib

07 may, 2018

Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azerbaijan Web of Anime və Yaponiya Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Anime-yapon mədəniyyətinin elementi kimi” adlı tədbir keçirilib. Tədbir çərçivəsində  universitetin yaponşünas tələbələri üçün yapon mədəniyyətinin ayrılmaz hissəsi olan yapon animasiyaları (anime) nümayiş olunub.

Mərkəzin əməkdaşı Xanım Xəlilova çıxış edərək tədbirin məqsədinin animasiya haqqında geniş məlumat verməklə tələbələrdə ona olan marağı gücləndirmək, onları Anime Cəmiyyeti ilə birgə əməkdaşlığa dəvət etməkdən ibarət olduğunu bildirib və son vaxtlar tələbələrin animasiyaya olan böyük marağından bəhs edib.

Daha sonra Anime Cəmiyyətinin üzvü Elşən İsayev animasiya haqda geniş məlumat verərək animasiyaların tərcümə işləri ilə bağlı tələbələri məlumatlandırıb. Tədbirdə Anime Cəmiyyəti tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş animasiyalar təqdim edilib.

Tədbirin sonunda animasiyalarla bağlı tələbələr arasında sorğu keçirilib və yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb.